Tanınmış aktyor: "Bizim cəmiyyətdə çoxları narkotik çəkir"

Narkotik qalmaqalında adı hallanan türkiyəli məşhurlar ilk dəfə məhkəmə qarşısına çıxıb. Axşam.az xəbər verir ki,  aktyorlar Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Akgün, Ayşə Boronkay və müğənni Cenk Eren İstanbul Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Onların əksəriyyəti narkotik maddə qəbul etdiklərini etiraf etsələr də, onu yaymadıqlarını bildiriblər. Çağatay Ulusoy yaşadıqları cəmiyyətdə çoxlarının narkotik istifadəçisi olduğunu deyib: "Bizim cəmiyyətdə çoxları narkotikdən istifadə edir. Mən əvvəllər bir neçə dəfə bunu etmişəm. Gizəm Karaca ilə birgə Ergün Taşın evində marixuana çəkmişik. Amma Ergün özü buna vərdiş edib. Biz də ona qoşulurduq". Qeyd edək ki, müttəhimlərə 5 ildən 15 ilədək həbs cəzası verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31