“Kurtlar Vadisi”ində şok ayrılıq
Serialının ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysan ayrılıb
29 Noyabr 2013 19:06 MədəniyyətReytinq rekordları qıran "Kurtlar Vadisi Pusu" serialının ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysan ayrılıb. Ötən həftə 205-ci seriyası efirə gedən serialın bu həftə köhnə seriyalardan ibarət icmalı nümayiş olunub. Məlumata görə, serialın son iki seriyası başlayarkən ssenari müəlliflərinin adları yazılmayıb, bunun yerinə "Pana ssenari heyəti" yazılıbmış. Bundan əvvəl isə serial başlayarkən müvafiq hissədə ssenari müəllifi kimi Bahadır Özdener, Cüneyt Aysan və Raci Şaşmaz yazılırdı.
Türkiyənin ən uzun və ən keyfiyyətli seriallarından biri olan "Kurtlar Vadisi Pusu" barədə gələcək həftələrdə yeni xəbərlərin yayılması qaçılmazdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31