Aygün Bəylər səhnəyə qayıtdı
Müğənni xalq şairinin şərəfinə sözündən döndü
29 Noyabr 2013 12:07 MədəniyyətBu yaxınlarda səhnəni birdəfəlik tərk etdiyini bildirən əməkdar artist Aygün Bəylər yenidən səhnəyə çıxdı. Xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş tədbirə gələn məşhur sənətçilər arasında Bəylər də var idi. Belə ki, sənətçi bir zamanlar şou biznesdən iyrəndiyini və özünü bu sənətin içində görmək istəmədiyi bildirmişdi. Məhz buna görə də, qəti olaraq bir daha ifa etməyəcəyini bildirən müğənni xalq şairinin şərəfinə sözündən dönüb.
Əməkdar artist səhnəyə çıxaraq "Neyləyim" adlı mahnını ifa edib. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31