“Allahı sevsəydin...” kitabının təqdimatı olacaq
28 Noyabr 2013 15:31 MədəniyyətTanınmış şair, Türk Ədəbiyyatına Xidmət, Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatları laureatı Kəmaləddin Qədimin dekabrın 5-də, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda təşkil olunan görüşdə "Allahı sevsəyin..." adlı kitabının təqdimatı olacaq. Qeyd edək ki, bu kitab şairin "Keçir məni bu çaydan", "Üzü qibləyə", "Günahı yazan mələk", "Yığış gedək, günahım", "Allahdı, şeytandı, mənəm", "Yaşamaqda nə varsa" kitabından sonra oxucularına təqdim etdiyi sayca yeddinci kitabıdı. Öncəki kitablardan fərqli olaraq "Allahı sevsəydin..."kitabında yalnız sevgi şeirləri yer alıb. Maraqlananlar tədbirə qatıla bilərlər. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31