Uşaqları ilə vaxt keçirmək üçün səhnədən gedən məhşur kimdir?
28 Noyabr 2013 19:06 MədəniyyətMəşhur Hollivud aktrisası Culiya Roberts səhnəni tərk edə bilər. Axşam.az xəbər verir ki, o, uşaqları ilə daha çox vaxt keçirmək üçün bu addımı atmağı düşünür. Operator Daniel Moderlə xoşbəxt evlilik yaşayan Culiya həm yaxşı ana olmaq, həm də karyerasını davam etdirməyə çalışsa da, artıq bunu bacarmır:
"Uşaqlarım Heyzel və Finans dünyaya gələndə 18 saat işləyirdim. Artıq hiss edirəm ki, vaxtımı övladlarımla keçirməliyəm. Mətbəxdə olmalıyam və doyunca yatmağın dadını görməliyəm. Hesab edirəm ki, bu mənim özümə hədiyyəm olacaq". Aktrisanın fikrincə, uşaqlar böyüdükcə onların tərbiyəsi ilə məşğul olmaq daha da çətinləşəcək. Çəkilişlərə görə ailəsindən uzaq qalmaq istəmədiyini deyən Roberts onlar üçün narahat olduğunu və bu səbəbdən artıq film təkliflərini dəyərləndirməyəcəyini etiraf edib.