Cenifer Lopez makiyajsız görüntülənib FOTO

Sənətçi adi günlərdə belə məşhur dizaynerlərin məsləhəti ilə geyinir və brendlərə üstünlük verir

Gözəlliyi və bədən quruluşu ilə hər kəsi heyran edən məşhur müğənni Cenifer Lopez makiyajsız görüntülənib. Rusiya mətbuatının verdiyi məlumata görə, ötən günlərdə övladları ilə birlikdə, insanların sıx toplaşdığı məkanda yemək yeyərkən görüntülənən sənətçi bu dəfə də paparazzilərə tuş gəlib.Hər zaman diqqət mərkəzində olan Hollivud ulduzu JLO gəzintidə olarkən makiyajsız halı ilə belə gözəl görünərək hər kəsi təəccübləndirib.

Qeyd edək ki, sənətçi adi günlərdə belə məşhur dizaynerlərin məsləhəti ilə geyinir və brendlərə üstünlük verir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31