Sərdar Ortaçın sevgilisi: “O, atamdan da, anamdan da böyükdü"
28 Noyabr 2013 19:29 MədəniyyətMəşhur müğənni Sərdar Ortaçla münasibətlərinin çox yaxşı davam etdiyini bildirən sevgilisi Kloye maraqlı faktları açıqlayıb. Türkiyə KİV-nin xəbərinə görə, Kloye Sərdardan tez bir zamanda evlilik təklifi gözlədiyini açıqlayıb. Kloye bildirib ki, ətrafdakı hər kəs Sərdarı "Nə vaxt evlənəcəksiz?" sualıyla, o da "Nə vaxt evlilik təklif edəcəksən?" sualıyla bezdirir. Kloye ailəsinin ilk öncə bu münasibətə narazı olduqlarını deyib: "Sərdar ata və anamdan yaşca böyükdü. Valideynlərim gənc yaşda evləniblər. Sərdarla tanış olmazdan öncə bu işə şübhəli yanaşırdılar. Ancaq indi çox yaxın dostdular. Atamla Sərdarın fikirləri üst-üstə düşür. Anam da onu oğlu kimi görür. Mən də Sərdarın anasına "anneciyim" deyirəm. Aramızda 22 yaş fərq olsa da, fikirlərimiz, düşüncələrimiz, hətta zarafatlarımız üst-üstə düşür. Buna görə də yaş fərqi önəmli deyil". Ailem.az