Dünyaca məşhur aktrisa boşandı
Hollivud ulduzlarının boşanma prosesi əmlak davasına görə iki il uzanıb
28 Noyabr 2013 19:38 MədəniyyətHollivud ulduzları Demi Mur və Eşton Katçer rəsmən boşandılar. Anspress-in məlumatına görə, bu barədə "People" məlumat yayıb. "Forbes"jurnalına görə, ən varlı aktyor sayılan Katçerlə Murun evliliyi altı il sürüb. 51 yaşlı Mur və 35 yaşlı Katçer hələ 2011-ci ildə ayrılsalar da, onların boşanma prosesi iki il uzanıb. Buna səbəb isə hər iki Hollivud ulduzunun 300 milyon dəyərləndirilən sərvətləri ilə bağlı əmlak davası olub. Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31