“Arşın mal alan” tamaşası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet teatrının səhnəsində

2013-cü ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur. 2011-ci ildə "Arşın mal alan" operettasının 100 illik yubileyi YUNESKO-nun 2012-2013-cü illər üçün "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilmişdir. Cari ildən YUNESKO-nun Baş Konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar nümunələrindən biri olan "Arşın mal alan"ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilməkdədir. 27 noyabr tarixində "Arşın mal alan" operettası Kiçik Karvansarada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet teatrının quruluşunda tamaşaya qoyulmuşdur. Tamaşa iki gün 27 və 28 noyabr tarixlərində nümayiş olunacaqdır. 100 yaşlı "Arşın mal alan" komediyasının qəhrəmanlarını bu dəfə marionet kuklalar canlandırmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31