Muzeydə skripka sənəti tarixi ilə bağlı açıq dərs keçirildi
27 Noyabr 2013 17:36 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində skripka sənəti tarixinə həsr olunmuş açıq dərs keçirilib. Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə skripka musiqi alətinin tarixi barədə danışılıb, skripkanın prototipi olan musiqi alətlərinin təsvirləri nümayiş olunub, Amati, Stradivari, Qvarneri kimi dahi ustalar haqqında ətraflı məlumatlar verilib. Həmçinin dərs zamanı Nikolo Paqaninin "24 №-li kapriz" musiqi əsəri dinlənilib. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31