Beynəlxalq Elmi Konfrans keçiriləcək
27 Noyabr 2013 17:21 MədəniyyətNoyabrın 28-29-u tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və Kadrların İdarə olunması İnstitutu, Cənubi Rusiya Ali Məktəblər Assosiasiyası və Azərbaycan Turizm İnstitutunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər" mövzusunda III Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfransda Azərbaycan, Belarus, Çexiya, Gürcüstan Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan tanınmış alimlərin, yazıçıların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir. Konfransın açılışı noyabrın 28-də saat 14:00-da Muzey Mərkəzində keçiriləcək. "OLAYLAR" İA.