Günay Musayeva film çəkilişlərinə yollanıb

Günay çekilişdən sonra Bolqarıstana yollacaq

Azərbaycanlı model Günay Musayeva Bosniya-Hersoqovinaya yollanıb. Hal-hazırda paytaxt Sarayevoda Rusiyanın birinci kanalında yayımlanacaq "Türk tranziti" serialının çəkilişlərində iştirak edən Günay çekilişdən sonra Bolqarıstana yollacaq. Qeyd edək ki, "Best Model of the World" yarışmasında munsif qismində iştirak edəcək model, bu günlərdə Türkiyənin tanınmış dizayneri Yıldırım Mayrukun "2023'e Hikâyeler / MODE-ON" adlı dəfiləsinə də qatılıb. 150 nəfərlik komandanın 2 ay boyunca hazırladığı kolleksiyanı 28 model sərgiləyib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31