Fatimə vaxtını tələbələrinə həsr edəcək
27 Noyabr 2013 19:18 MədəniyyətRəqqasə Fatimənin "Banu-rəqs" adlı məktəbinin açılışı olacaq. Axşam.az xəbər verir ki, F.Fətəliyeva vaxtının çoxunu tələbələri ilə keçirəcəyini deyib:
"Nəhayət, yeni işimi təqdim edəcəm. İnsanlar mənə müraciət edirdilər ki, "Rəqs öyrənmək istəyirik", "Bizə rəqs öyrədə bilərsiniz?". Bu kimi sual və istəklər məni düşünməyə məcbur etdi. İşlərimin çox olması "Banu-rəqs" məktəbini açmağa imkan vermirdi. Artıq hər şey qaydasındadır. Vaxtımın çox hissəsini tələbələrimlə keçirəcəm. Yeni açılacaq məktəbimdə milli rəqslərdən başqa, hind, müasir, bal, oriental, aerobika növləri və bəylə-gəlin rəqsinin öyrədilməsi nəzərdə tutulub".
Qeyd edək ki, açılış mərasimi yaxın günlərdə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31