Məşhur müğənninin evini soydular
27 Noyabr 2013 19:22 MədəniyyətMəşhur müğənni və aktrisa Mayli Sayrusun evində olan soyğun hadisəsinin təfərrüatları açıqlanıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının evindən bir çox zinət əşyası və 100 min dollardan artıq olan çanta oğurlanıb. Müğənni daha əvvəl "Chanel" brendindən olan çantasını ictimaiyyətə nümayiş etdirmişdi. Bundan əlavə evdən müxtəlif əl işləmələri olan, qızıldan hazırlanmış bahalı aksesuarlar da götürülüb. Xatırladaq ki, bu hadisə 22 noyabrda baş verib. Müğənni "American Music Awards" mükafatlandırma mərasiminə hazırlaşdığı üçün hadisə ilə maraqlana bilməyib. Hələ ki, polis hadisədə günahkar olan şəxslərin kimliyini müəyyən edə bilməyib. Hazırda araşdırma aparılır və soyunğçuların axtarışı keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31