Mina bomba kimi partlayacaq

Müğənni sevənlərinə sürpriz hazırlayır

Qalmaqallı müğənni Mina  bir müddət fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Aldığımız məlumata görə, tam yeni obraz və yeni imicdə tamaşaçıların qarşısına çıxacaq müğənni daha bir yeniliyə imza atacaq. Belə ki, o, hələlik heç bir yerli ifaçının müraciət etmədiyi "klub" janrında oxuyacaq. Bu janrda ilk olacağını iddia edən müğənni adı çəkilən tərzdə silsilə mahnılar yazdırmaqdadı. Minanın dəlisov gənclər üçün yazdırdığı ilk mahnısı isə söz və musiqisi Ülviyyə Alovluya aid "Dərd etmə" olacaq: "Bu, Ülviyyə Alovlu ilə ilk əməkdaşlığımız olsa da, sonuncu olmayacaq. Əminəm ki, bu dinamik mahnı gəncləri rəqs meydançasında hərəkətə gətirəcək. Nəhayət ki, gecə klublarında gənclərimiz milli mahnı sədası altında da oynayacaq. Çox ilklərə imza atan mən olmuşam və bu dəfə də ilk addım mənim oldu. Bu mahnım da öncəkilər kimi bomba kimi partlayacaq!" - deyə, müğənni sevincini gizlətmədi. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31