İlhamə Quliyevadan son xəbərdarlıq

Xalq artisti İlhamə Quliyeva sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. İ. Quliyevanın xəbərdarlığını "İnstagram" səhifəsində prodüseri Faiq Ələkbərli paylaşıb:
 "Hörmətli "İnstagram" istifadəçiləri, bundan sonra heç kim mənim adımdan istifadə edib öz səhifəsində açıqlamalar verməsin, qəti şəkildə icazə vermirəm. Lazım olan açıqlamanı özüm və yaxud mətbuat katibim məsləhət bildiyimiz internet saytlarına təqdim edirik. Nəzərinizə çatdırıram ki, bu, son xəbərdarlıqdır ". lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31