Ceksonun 50 minlik ayaqqabılar satışa çıxarılacaq

Mərhum dünya ulduzu Maykl Ceksonun ayaqqabıları hərraca qoyulacaq. Rusiya mətbuatının verdiyi məlumata görə, ifaçı bu ayaqqabılarını çox sevib və səhnəyə tez-tez bu ayaqqabı ilə çıxırmış. Eləcə də qeyd olunur ki, pop ulduz ayaqqabılara öz imzasını qoyduğu üçün belə dəyərlidir. İlkin qiymət 50 min dollardan başlayacaq. Hərrac dekabrın 7-də keçiriləcək. İfaçının şəkilləri və Svarovski qaşları ilə bəzədilmiş 40 milyon dollar dəyərində olan əlcək də satışa çıxarılanlar arasında olacaq. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31