Tanınmış aktrisa şayiələrə üzüklə son qoydu

Türkiyənin tanınmış aktrisası Hande Ataizi İstanbulda məşhurların sevimli məkanın çevrilmiş Bebekdə görüntülənib. Axşam.az xəbər verir ki, amerikalı həyat yoldaşı Bencamin Harvi ilə ayrılacağı iddia edilən sənətçi şayiələrə son qoyub. Belə ki, paparatsilər uzaqdan cütlüyün fotolarını çəkərkən Hande sol əlini qaldırıb. O, barmağındakı nişan üzüyünü göstərib. Bununla aktrisa münasibətlərin qaydasında olduğuna işarə vurub. Qeyd edək ki, Hande ilə Benjamin haqda yayılan fikirlərin əsas səbəblərindən biri də H. Ataizinin son zamanlar üzüyünü taxmaması idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31