"Muhteşem yüzyıl"ın ulduzu keçmiş ərinin yanına qayıtdı

Türkiyənin tanınmış aktrisalarından biri, "Mühteşem yüzyıl" serialında Hürrəm Sultan rolunu oynayan Vahide Gördüm keçmiş əri Altan Gördümün yanına qayıdıb. Milli.Az AHT-yə istinadən bildirir ki, sabiq ərinin xərçəng xəstəliyindən müalicə aldığını eşidən aktrisa qızları ilə birlikdə Altan Gördümün evinə yollanıb və indi orada yaşayır. Vahide Perçim xərçəng xəstəliyindən müailicə olunanda Altan Gördüm onun yanından ayrılmamışdı. Ötən həftə dəri xərçəngi olduğunu açıqlayan Vahide Gördümün müalicəsi davam edəndə onun əri "belə həyatdan bezdim" deyərək arvadını boşamışdı. Ərlə arvad boşansalar da, dost qaldıqlarını demişdilər. İndisə Vahide Gördüm xərçəng xəstəsi olan ərinin yanındadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31