Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçiriləcək

Dekabrın 2-dən 8-ə dək Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabr ayının 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq. 
Forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edəcək. "JW Marriott Absheron" hotelində təşkil olunacaq forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31