Almaniyada Azərbaycan Mədəniyyət Evi açılıb

Almaniyanın Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub. Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu "OLAYLAR"-a bildirib ki, açılış mərasimində Almaniyada yaşayan yüzlərlə soydaşımızla bərabər bir sıra Azərbaycan və Türkiyə diasporalarının təmsilçiləri də iştirak edib: "Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Quliyev qonaqları salamlayaraq Mədəniyyət Evinin yaranma zərurəti, məqsədi və görüləcək işlərlə bağlı məlumat verib. Daha sonra çıxış edən Mədəniyyət Evinin sədri Altay Rüstəmli, müavinlər Toğrul Əziz, Ağa Ağayev siyasi proseslərdən uzaq olduqlarını, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan bütün soydaşlarımıza qapıların açıq olduğunu bildirib və gələcəkdə nəzərdə tutulmuş lahiyələrlə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31