Ledi Qaqa plagiatlıq etdi

ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş nüfuzlu American Music Awards mükafatlarının təqdimat mərasiminə qatılmış müğənni Ledi Qaqanın əynində parlaq qaşlarla bəzədilmiş paltar vardı. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Nokia" kinoteatrındakı mərasimin "qırmızı xalı"sına əfsanəvi Ledi Qodiva təki ağ atın üstündə gələn Ledi Qaqa perfomans etmişdi. Böyük karton "at"ı onun iki köməkçisi hərəkət etdirirdi. Mərasimdə səhnəyə çıxanda isə Ledi Qaqa amerikalı müğənni, pop-musiqinin "şahzadə"si sayılan Madonnanın geyimini təkrarlayıb.

Özünü dünyanın ən ekstravaqant və ekssentrik müğənnisi sayan 27 yaşlı Ledi Qaqa bu paltara görə plagiatda suçlanıb. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31