Castin Biber qadın ətrini reklam edir

Biber "The Key" adlı qadın parfumunun reklamı üçün kamera önünə keçib

Məşhur qalmaqallı müğənni Castin Biber yeni reklam çarxına çəkilib. Gənc ifaçı "The Key" adlı qadın parfumunun reklamı üçün kamera önünə keçib. 19 yaşlı Castin ilə bərabər kadrlarda baş rol ifaçıları 3 gənc xanım olub. Göründüyü kimi xanımlar yatmazdan öncə bu parfumdan istifadə edirlər və arzuladıqları müğənni onların yuxularına gəlir. Deyilənlərə görə qadın parfumunun reklam çarxı uğurlu çəkilib. Çünki, Biberin hər pərəstişkarı kumiri yuxusuna gəlsin deyə bu məhsulu əldə edəcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31