Beyons Misir piramidasında qalmaqal yaratdı

Tanınmış müğənni Beyons Misirə səyahət edərkən qalmaqal yaradıb. Axşam.az xəbər verir ki, sənətçi məşhur piramidalardan birində gəzmək istəyib. Beyons üçün xüsusi ekskursiya təşkil olunub. Lakin o, gəzintiyə həddən artıq gecikib. Buna görə üzr istəməyi lazım bilməyən Beyons ətrafdakılara qarşı kobudluq edib.  Daha sonra ifaçının cangüdənləri ilə piramidadakı işçilər arasında mübahisə yaranıb. Mühafizəçilər bildirib ki, yalnız Beyonsun icazəsi ilə onun fotoları çəkilə bilər. Ehramın əməkdaşları isə bunun qaydalara zidd olduğunu deyib. Nəticədə Beyons və cangüdənləri piramidaya buraxılmayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31