Azərbaycanın teatr xadimləri Rusiyada mükafatlandırıldı...
25 Noyabr 2013 16:47 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata layiq görülmüşlər.
Teatrın direktoru M.Həmidov Azərbaycan - Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə, baş rejissor B.Osmanov isə İsveç dramatuqu L.Nurenin "Mən gəldim, qızlar!" ("Müharibə") tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə layiq görülmüşlər.
Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olmuş və 3 tamaşa ilə uğurla çıxış etmişdir.
Sözügedən mükafat teatr xadimlərimizə qastrolun uğurlu nəticələrinə görə verilmişdir. OLAYLAR