Sibel Canın oğlu "Muhteşem yüzyıl"a çəkiləcək?FOTO

Bütün baxışları üzərinə toplayan Ural anasının dediyinə görə saqqalını uzatdığını ondan belə gizlədib

Türk müğənnisi Sibel Canın oğlu yeni "Muhteşem yüzyıl" obrazı ilə görüntüləndi. Son zamanlar geyim tərzi ilə gündəmdə olan Engincan Ural ABŞ-ən geri dönüb. Gəldiyi gün anası ilə axşam yeməyinə çıxan gənc yeni görkəmi ilə görənləri heyran edib. Bütün baxışları üzərinə toplayan Ural, anasının dediyinə görə saqqalını uzatdığını ondan belə gizlədib. Müğənni oğlunun bu görkəmini ilk dəfə hava limanında gördüyünü bildirib. Oğlu ilə vaxt keçirən Sibel məkandan çıxarkən onları görüntüləyən müxbirlərə: "Tam "Muhteşem Engincan" olub,elə deyil mi?" deyə müraciət edib. 
"Qarşılamaq üçün qızım ilə ayraporta getdik,oğlumu görəndə təəccübləndik. Uzun zaman sadəcə baxdıq, şoka düşdüyümüzdən heç qucaqlaya da bilmədik. İlk sözlərim isə ""Muteşem yüzyıl" a çəkiləcəksən? Bu nə haldır?" oldu" deyərək jurnalistlərə müsahibə verib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31