Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən daha bir beynəlxalq tədbir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin 6-9 dekabr tarixlərində Avstraliyanın Brisban Madrid Klubu, Avstraliya Parlamentinin üzvü Kliv Palmer və Beynəlxalq Əmək Təşkilatı ilə birgə cəmiyyətin inkluziv inkişafı üçün iş yerlərinin təmin olunması, G20 çağırış başlığı ilə Beynəlxalq Foruma ev sahibliyi edəcək. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,  forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Bolqarıstanın sabiq Prezidenti cənab Petar Stoyanov, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva, Serbiyanın sabiq Prezidenti Boris Tadic, Səfir Valter Füst və idarə heyətinin digər üzvləri ilə yanaşı Madrid Klubunun üzvü olan 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri iştirak edəcəklər. Həmçinin forum çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu və Dünya Mədəniyyət və Elm Akademiyası arasında 27-30 aprel tarixlərində Bakıda keçiriləcək II Müştərək Cəmiyyətlər (II Shared Societies) Forumu və Dünya Elmlər Akademiyasının İdarə heyətinin toplantısına hazırlıqla bağlı müzakirələr keçiriləcək. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31