Kamal Abdullanın romanı qırğız dilinə tərcümə edilib

Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Fonddan "OLAYLAR"-a daxil olan məlumata görə, roman bu yaxınlarda qırğız dilində işıq üzü görəcək. Romanın tərcüməsi tanınmış şair və tərcüməçi Mukan Asanaliyevin tərcüməsində reallaşdırılıb. Romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs edir, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu diqqəti çəkib. 

Qeyd edək ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31