Acun Ilıcalıdan növbəti sürpriz
25 Noyabr 2013 13:33 MədəniyyətTürkiyənin məşhur aparacı və produseri Acun Ilıcalı tamaşaçıları təəccübləndirməyə davam edir. "Tv 8" kanalını satın alan Ilıcalı növbəti mövsümdən etibarən "Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks De Souzanı şərhçi kimi Türkiyəyə gətirmək istəyir. 2004-2012-ci illər ərzində "Fənər"in uğurlarında böyük pay sahibi olan Aleks yenidən Türkiyədə fəaliyyət göstərə bilər. Hazırda Braziliyanın "Koritiba"klubunun şərəfini qoruyan təcrübəli futbolçu bu dəfə yeni ampulada, şərhçi kimi öz futbol biliklərini tamaşaçılara aşılaya bilər."Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31