Ayan klip bazarına yenilik gətirdi VIDEO

Müğənni Ayan Babakişiyeva klip bazarına yenilik gətirib. Müğənninin fotolardan ibarət animasiyalı klipi bunu deməyə əsas verir. Kadrları qrafika işləmələri ilə zənginləşən sənətçinin yeni klipi "Telefonum susub" adlanır.  Sözləri İsmayıl Dadaşov, musiqisi Elçin İmanova məxsus mahnının rejissoru Cehyun İbrahimoğludu. Klipin rəssamı Azər İbrahimoğludur. Ayanın, eləcədə də klipdəki bütün görüntülər fotosessiya çəkilişindən əldə olunub. Daha sonra rəssam əli ilə həmin görüntüləri texnikaya çəkib. Növbəti mərhələdə, qrafikanın köməyi ilə animasiyalı görüntülər yaradılıb.  Bütövlükdə heyət, böyük zəhmət hesabına ortaya qeyri-adi məhsul çıxarıblar. Sözləri bu günümüzlə səsləşən həzin mahnı ilə görüntülər bir-birini tamamlayıb. Ayan xanım bu ideyanın rejissordan gəldiyini söylədi.  Ceyhun bəy isə öz növbəsində hələki bazara belə bir klipin daxil olmadığını deyib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31