Elza Seyidcahan tanınmaz hala düşdü

“Qadına vurma, vurul!

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı "Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na uyğun olaraq 25 noyabr, Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir keçiriləcək.  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "ADDIM" Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə "Park Bulvar" ticarət mərkəzində "Qadına vurma, vurul!" şüarı altında keçiriləcək tədbirdə Azərbaycanın tanınmış qadınların iştirakı ilə fotosərgi hazılanıb. Xüsusi dekor və çəkim formatına hazırlanmış fotosərgidə əks olunan fotolarda xanımlar zorakılığı ifadə edən formada qrim olunublar. Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Eurovision təmsilçimiz Sabina Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Gunay Malikqızı, jurnalist Ülkər Qasımova və "Birliyə Doğru" təşlatının sədri Zərifə Quliyeva çəkilmişdir. Qadınların bu imicini Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze hazırlanmışdır, fotoların müəllifi isə fotoqraf Ruslan Teymurflutovdu. Layihə çərçıvəsində mövzunun gündəmə gətirilməsi üçün promo aksiyalar  televiziya çəkimləri və s nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31