Tural Bakuvi “Qış” kompozisiyasını təqdim edəcək

Bəstəkar Tural Bakuvi yeni yaradıcılıq işlərindən söhbət açıb. Saytımıza açıqlamasında bəstəkar sözləri və musiqisi özünə aid olan 10-dan artıq yeni mahnı hazırladığını bildirib: "Ona yaxın mahnı üzərində çalışıram, artıq bəziləri hazırdı. Bu yaxınlarda Rövşən Civişov "Olsun", gənc müğənni Samirə Səma "De mənə", "Qismət" qrupu "Yaşayıram", Rəmal Rəsul "Və sən getdin", "Milaya" adlı mahnılarımı səsləndirib və dinləyicilər tərəfindən sevilib. Tezliklə isə xalq artistimiz Flora Kərimova, Elçin Hüseynov, Rəmal Rəsul, Rövşən Civişov, Samirə Səma və gənc müğənni Aylin yeni bəstələrimi ifa edəcək". Bakuvi mahnılarla yanaşı instrumental kompozisiya və film "soundtrack"ləri üzərində də işlədiyini qeyd edib: "Musiqilərini hazırladığım "Canavar qoxusu" adlı bədii film yekunlaşmaq üzrədir. Tezliklə kinoteatrlarda və telekanallarda nümayişə başlanacaq. Filmin rejissoru Samir Qulamovdur, musiqiləri mənə, aranjeman və səs tənzimatı isə Rəmal Rəsula aiddr. Bundan əlavə Adil Azayın rejissoru olduğu Seyyid Yəhya Bakuvi haqqında çəkilən sənədli filmin də musiqi işləri mənə həvalə edilib. Bu filmin ssenari müəllifi Orxan Fikrətoğludur. Bütün bu işlərlə yanaşı paralel olaraq instrumental əsərlər üzərində də işləyirəm və tezliklə dinləyicilərə yeni "Qış" kompozisiyasını və başqa bir neçə instrumental musiqilərimi təqdim edəcəyəm". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31