Bakı Uşaq Teatrında festival keçiriləcək
25 Noyabr 2013 12:32 MədəniyyətBakı Uşaq Teatrında repertuarın zənginləşməsi, aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə teatr daxili Eksperimental Festival keçiriləcək. Bu Bakı Uşaq Teatrında keçiriləcək ikinci festivaldı. Teatr daxili ilk dəfə 2011-ci ilin oktyabr ayında monotamaşalar festivalı keçirilib. Festivalın keçirilməsi Azərbaycan teatrının 141 illiyi ərəfəsinə - mart ayının I yarısına planlaşdırılır. Dil və janr seçimi sərbəst olmaqla tamaşalar bir və ya iki nəfərlik nəzərdə tutulur. Seçim zamanı komediya janrına və uşaq tamaşalarına üstünlük veriləcək. Qeyri adı quruluşlu tamaşalara daha çox üstünlük veriləcək festivalda Türkiyə, İran və Gürcüstan Respublikalarından qonaq teatrların da iştirak edəcəyi planlaşdırılır. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31