Ukraynada Müslüm Maqomayevin xatirə gecəsi keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində dahi azərbaycan bəstəkari və müğənnisi Müslim Maqomayevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyinə istinadən verdiyi xəbərə görə, Kiyevdə Regionlararası Heyətin İdarəolunması Akademiyasında keçirilən tədbirdə dahi Azərbaycan müğənnisi və bəstəkarı Müslim Maqomayevin həyat və yaradıcılığından söhbət açılıb, onun ifa etdiyi musiqilər səsləndirilib. Xatirə gecəsində səfirlik əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31