25 gündür evli olan aktrisadan xoş xəbər

Nur Fəttahoğlunun 5 həftəlik hamilə olduğu bildirilir

Tamaşaçı rəğbəti qazanan "Möhtəşəm yüzyıl" serialında Mahidevran obrazını canlandıran aktrisa Nur Fəttahoğlu hamilədir. Türkiyə mətbuatının verdiyi məlumata görə, aktrisa oktyabr ayının 30-u ailə qurmasına baxmayaraq, evli olduğu Levent Vəziroğludan körpə gözləyir. Fəttahoğlunun 5 həftəlik hamilə olduğu bildirilir. Cütlük bu sevincli xəbəri yaxınlarını ilə bölüşüb. Aktrisa bir qədər əvvəl verdiyi müsahibəsi zamanı bunları qeyd edib: "Dərhal ana olmaq istəyirəm, körpələri çox sevirəm" .ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31