Azərbaycan-İran teatr əlaqələri genişlənir

Noyabrın 21-də Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov İran İslam Respublikasının teatr xadimlərini Teatr idarəsinin baş müdiri Gader Aşna, baş müdirin müavini Mehdi Şafiei və Tehran Şəhər Teatrının direktoru Atabəy Naderini qəbul edib. Görüşdə iki qonşu ölkə arasında mövcud mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri  müzakirə olunub. Əldə olunan razılığa əsasən, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. 22 noyabr tarixində Akademik Milli Dram Teatrında Azərbaycan-İran teatr əlaqələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən İsrafil İsrafilov, Gader Aşna, Mehdi Şafiei və Atabəy Naderi qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğuladılar və jurnalistlərə həyata keçirilməsi planlaşdırılan cari və perspektiv layihələr haqqında məlumat verdilər və jurnalistləri maraqlandıran sualları cavablandırdılar.OLAYLAR
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31