Fantaziyanın rəngləri
Texniki Universitetin Gənclər Təşkilatı sərgi keçirib
22 Noyabr 2013 17:52 MədəniyyətTexniki Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Fantaziyamın Rəngləri" adlı rəsm sərgi və müsabiqəsi layihəsi uğurla həyata keçirildi. Sərgi Park Bulvar TM və Park Cinema kinoteatrlar şəbəkəsi dəstəyi ilə reallaşdı, qaliblər isə kinoteatrın hədiyyəli Platinum, Gold v Standart kartları ilə mükafatlandırıldı. Sərgi-müsabiqə 22 Noyabr 2013-cü il tarixində saat 12:00-da "Park Bulvar"ın 1ci mərtəbəsində keçirildi. Bu günlərdə dövlətimizin önəm verdiyi əsas sahələrdən biri də rəssamlıq sənətidir. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı olduqca önəmli işlər aparılır və rəssamlıq qabiliyyəti olan hər kəs üçün böyük imkanlar yaradılmaqdadır. Bu isə dövlətin incəsənətə göstərdiyi olduqca böyük diqqətə dəlalət edir. "Fantaziyamın Rəngləri" layihəsində rəssamlıq bacarığı olan tələbələrin istedadlarını üzə çıxarmaq, bu sahəyə marağın artırılması və bu sahədə davamlı inkişafa nail olunması məqsədini daşıyan bu layihə öz missiyasını uğurla həyata keçirən irimiqyaslı layihədir. Layihə rəsm sərgisi və rəsm müsabiqəsi olmaqla iki hissədən ibarət oldu. Belə ki, Layihə çərçivəsində rəsm sərgisi təşkil olundu və sərginin davam etdiyi müddət ərzində nümayiş olunan əl işlərinin qiymətləndirilməsi baş tutdu. Qaliblərə diplom və "Park Cinema" tərəfindən dəyərli hədiyyələr təqdim olundu.