Polislər Eldar Qasımovla rəqs etdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar  Mərkəzi" və "Addım Yaradıcı Gənclər assosiyasiyası"nın təkilatçılığı ilə 21 noyabr Yol qəzaları qurbanlarının anım gününə həsr olunmuş tədbir gerçəkləşib.   Gecənin aparıcısı tanınmış dj Valid Əliyev olub. Tədbiri giriş sözü ilə  "İctimai Səhiyyə və  İslahatlar  Mərkəzi"nin direktoru Ceyhun Məmmədov açıb. Daha sonra layihənin rəhbəri Hüseyn Cavadzadə gənclərin bir neçə gün ərzində keçirdikləri informativ aksiyalardan danışıb.  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Vaqif Əsədov isə gənclərə aktual mövzunu gündəmə gətirdiklərinə görə minnətdarlığını bildirib. Tədbirin rəsmi hissəsindən sonra Eldar Qasımovun iştirakı ilə bədii hissəsi baş tutub. Layihə çərçivəsində EMİNin  məxsusi olaraq Eldar üçün bəstələdiyi "İn your head " mahnısına yol  təhlükəsizliyi mövzusunda çəkilən musiqi videosu qonaqlara ilk dəfə nümayiş olunub. Sözügedən videonun  rejissoru Farhad Alidir. Klipdə Eldar tərəf müqabili rolunu isə gənc model Nurlana Cəbrayilova ifa edib. Klipin nümayişindən sonra Eldar qonaqlara repertuarından müxtəlif mahnılarını ifa edib. Tədbirdə diqqətçəkən məqamlardan biri isə şəhər DYP-sinin Eldara sürpriz olaraq gətirdiyi polis geyimində azyaşlılardan ibarət rəqs qrupu olub. Onlar Eldarı ifası boyu rəqslərlə müşayiət ediblər. Bundan başqa tədbir  zamanı "Addım"in və "İSİM"in üzvlərindən ibarət könüllülərin iştirakı ilə  sosial aksiyalar, şəhərin mərkəzində avtomobillərə stikerlər braşurların  paylanması və s maraqlı aksiyalar  həyata keçirilib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31