Türk serial ulduzu həbs olundu

Türkiyənin gənc və populyar aktyorlarından biri, serial ulduzu Barış Atay həbs olunub. Milli.Az AHT-yə istinadən bildirir ki, o "Redhack" haker qrupu ilə sıx əlaqələrdə olan şübhəli şəxs qismində tutulub. Polislər aktyoru İstanbuldakı Atatürk hava limanında saxlayıb. B.Atayın evində axtarış aparılıb, onun bəzi əşyaları müsadirə edilib. Aktrisa Yasemin Allen Twitter-dəki mikrobloqunda bu həbslə bağlı yazıb: "Şərəfli bir insan, haqsızlıqlar qarşısında susmayan dostumuzdur. Onun tutulması güc nümayişidir, yanlışdır". Barış Atayı həmkarları Berna Laçın və Şebnem Sönmez də dəstəkləyiblər. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31