Keçmiş sevgilisi Meryem Üzerlidən olacaq qızını övladlığa götürəcək
21 Noyabr 2013 20:10 Mədəniyyət"Muhteşem yüzyıl" serialının Hürrem Sultanı Meryem Üzerli yenə də Türkiyə mətbuatının diqqət mərkəzindədir. milliyet.com.tr xəbər verir ki, Meryemin bu günlərdə İnstagram-da hamiləliyinin beşinci ayında paylaşdığı fotosuna eks-sevgilisi, doğulacaq uşağının atası Can Ateş münasibət bildirib. Daha doğrusu, Can Ateşin öz yaxınlarına şəkli görərkən belə bir şərh verdiyi iddia olunur: "Meryemin paylaşdığı şəkil məni azacıq da olsa təsirləndirmədi. Doğacaq uşağı rəsmi olaraq övladlığa götürəcəyəm. Bundan başqa heç nə etmək niyyətim yoxdur". Can Ateşle Meryem Üzerli 1,5 il sevgili olublar. Cütlük 2013-cü ilin iyunun 20-də ayrılıb. Bundan sonra M.Üzerli hamilə olduğunu sevgilisinə deyib. Lakin Can Ateş "uşağı abort etdir, sənə və doğulacaq uşağa hörmətim yoxdur" - deyib. Meryem Üzerli qız anası olmağa hazırlaşır. Gün.Az