Eminemin evi yıxıldı

Məşhur reperin böyüyüb boya-başa çatdığı evini hökümət orqanları söküb

ABŞ-ın hökümət nümayəndələri dünən Eminemin Detroytda yerləşən, yanğından zərə çəkmiş evini söküblər. Çox da böyük olmayan evin şəkli Eminemin yeni işıq üzü görmüş "The Marshall Mathers LP 2" albomunun üz qabığında əks olunub. Ev 1989-2003-cü illərdə Eminemin anası Debor Metersə məxsus idi. Sentyabr ayında həmin evin hərraca qoyulduğu haqqında məlumat yayılmışdı. Amma, hərracın nəticələri haqqında heç bir məlumat verilmədi. Evin "eBay" internet-hərracında 500 min dollara satışa çıxarıldığı bildirilirdi.  Bir neçə həftə əvvəl evin yuxarı mərtəbəsində yanğın baş verib və evə ciddi ziyan dəydiyi üçün Miçiqan ştatının orqanları onu qəzalı vəziyyətdə olduğu qənaətinə gəlib.  Hazırda reper Miçiqanda çox da böyük olmayan, amma, gözəl bir evdə yaşayır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31