“Bir Ailəm Var”da nələr baş verəcək? VIDEO
21 Noyabr 2013 16:34 Mədəniyyət" "Bir Ailəm Var" serialının əsas mövzusu melodramadı. Sujet xəttində ailənin başına gələn faciələr, münaqişə və müdaxilələr yer alıb. Ailənin bir oğlu telekanalda işləyir. İş yerində gənclər arasında sevgi münasibətləri yaranır ki, bu olaylar da gələcəkdə hadisələrin inkişafına təsirini göstərir. Ailənin qız övladı isə Vətəndaşların Dövlət Qeydiyyatı İdarəsində çalışır. Həyat yoldaşından boşanan həmin qızın növbəti seriyalarda sevgi macərları baş verəcək". Bu sözləri "OLAYLAR"a açıqlamasında rejissor "Aramızda Qalsın", "Qaynana", hazırda çəkilən "Bir Ailəm Var serilaının rejissoru deyib. Üç xəttin aparıcı olduğunu deyən rejissor növbəti bölümlərdə bu inkişaf xəttlərinin ailənin faciəsində özünəməxsus rol oynayacağını söyləyir: "Toydan sonra baş verən qəza nəticəsində ailənin faciəsi yaranır. Qəzanın fəsadları, yaratdığı çətinliklərdən evin xanımı olan Əsmər böyük stress keçirdir. Əsmər xanım çalışır ki, övladlarını bu stress və gərginlikdən uzaqlaşdırsın. Lakin bunu bacara bilmir". Növbəti seriyalarda ölüm hadisəsinin olacağını deyən rejissor serialın ən azı bir sezon yayımda olacağını deyir: "Bir ölüm hadisəsi olacaq. Serialın reklamına zərər gəlməsin deyə konkret olaraq hansı personalın öldürüləcəyini deyə bilməyəcəyəm. Serialın neçə seriyadan ibarət olmasına gəldikdə isə, onu deyə bilərəm ki, konkret bir seriya nəzərdə tutmamışıq. Ən azı bir sezon yayımda olacaq". Kommeriya layihəsi olan bu serialda hansı xətt daha çox tamaşaçının diqqətini çəkərsə həmin xətt daha da gücləndiriləcək. Rejissor belə deyir: "Serial kommersiya layihəsi olduğu üçün hansı xətt özünə daha çox diqqət cəlb edə bilirsə onu da gücləndirirlər". Rüfət Şahbazov hər il olduğu kimi, Xocalıyla bağlı layihəni növbəti ildə də reallaşdırcaqlarını söyləyir: "Bu il də komandamızla Xocalı haqda klip çəkərək qısa film hazırlamaq istəyirik. Hələ ki əsas planlarımız bunlardı".