Özcan Dəniz: "Filmin keyfiyyəti ağlatmaqla ölçülmür"

Türkiyəli müğənni Özcan Dəniz yeni filmi "Su və atəş" haqqında danışıb. Axşam.az xəbər verir ki, sənətçi kinonun keyfiyyətinin ağlamalı olması ilə ölçülməsinə düzgün saymır: "Ağladan film gözəl, ağlatmayan isə pisdir" fikri yanlışdır. "Su və atəş" ağlatmaq üçün çəkilən kino deyil. Filmin ab-havasına ağlamadan da qapıla bilərsiniz". Ö. Dəniz çəkdiyi kinolarda ikili münasibətlərə daha çox yer ayırdığını deyib: "Eşq filmləri yüksəlişdədir. Biz cütlüklər arasında olan münasibətlərə çox önəm veririk". Qeyd edək ki, Özcan Dəniz filmdə Yasəmən Allen ilə baş rolları ifa edir. Dekabrda "Su və atəş"in Bakıda qala gecəsi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31