Məşhur aktrisanın ölüm səbəbi

4 il əvvəl vaxtsız ölümüylə sevənlərini gözü yaşlı qoyan aktrisa Brittani Mörfinin zəhərlənərək öldürüldüyünə dair yeni məlumatlar əldə edilib. 2009-cu ildə həyatını itirən Brittani Mörfinin ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 32 yaşlı aktrisanın ölüm səbəbi kimi sətəlcəm və qan azlığı göstərilsə də, Mörfinin atası Angelo Bertolotti qızının öldürüldüyünü iddia etmişdi. Yeni araşdırma nəticəsində isə Mörfinin zəhərləndiyi iddiaları ortaya çıxıb. Dəlilləri atası tapıb Mörfinin qanında alüminium, manqan, barium tapılıb. Bu ağır metalların siçan zəhərində olduğu və öldürücü təsiri olduğu bilinir. Qızının saç və qan nümunəsini başlatdığı iddia ilə əldə edən ata Bertolotti laboratoriya işi nəticəsində qızının ölümü ilə bağlı yeni dəlilləri gün üzünə çıxarıb. Mörfinin ölümündən 5 ay sonra həyat yoldaşı Louie Lozana da evində ölü tapılmışdı. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31