Turizm İnstitutunda master-klass keçirilib

Xəbər verildiyi kimi şəhərimizdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına start verilib.

ATİ-nin mətbuat xidmətindən aldığımız xəbərə görə Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin direktoru Aleksandr Kammel və dünyada turizm filmlərinin istehsalı sahəsində məşhur prodüsser Devid Kupper Azərbaycan Turizm İnstitutunda ustad dərsi keçib. Məqsədli tədbirdə müxtəlif turizm obyektlərinin, ölkələrin, şəhərlərin təbliğat-reklam çarxlarının hazırlanması, məlumatların toplanması və işlənilməsi, strukturu detallı şəkildə incələnib. Tədbirin təşkilatçıları ATİ tələbələri üçün ustad dərslərinin əhəmiyyətli olacağını xüsusi vurğulayıblar. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31