Fatimə: “O Tanrının mənə verdiyi mükafatdır”
20 Noyabr 2013 14:55 MədəniyyətBu gün rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın doğum günüdür. Rəqqasə bu münasibətlə "OLAYLAR"a açıqlama verərək bildirib ki, öncəki illərdən fərqli olaraq bu dəfə övladının doğum gününü təmtəraqlı şəkildə qeyd etməyəcək: "Bu gün çox sevincliyəm. Aydanımın 18 yaşı tamam olur. O Tanrının mənə verdiyi mükafatdır". Rəqqasə qızına doğum günü mərasimi təşkil etməməsinin səbəbini isə belə izah edib: "Bu il Aydanın doğum günü İmamın 7-sinə düşür. Buna görə ad gününü təntənəli şəkildə qeyd etməyəcəyəm. Həm də belə bir deyim var ki, 18 yaşı qeyd etməzlər. Allah mənə izn versə, ona gələn il doğum günündə çox gözəl bir sürpriz hazırlayacağam. Amma soruşmayın nə? Desəm, bu artıq sürpriz olmayacaq".
Qeyd edək ki, rəqqasənin qızı Aydan bu il ali məktəbə daxil olmaqla da anasının sevincinə-sevinc qatıb.