Sərdar Ortaç baş nazirə sərt cavab verdi
20 Noyabr 2013 14:50 MədəniyyətTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan illər öncə festival gecəsində Ahmet Kayaya qarşı edilən təqibləri xatırlayaraq "Gəzi olaylarında da bizə qarşı onlar üsyan qaldırmışdı" deyərək sərt mesaj yollayıb. Sərdar Ortaç sosial şəbəkədə paylaşdığı statusda Ahmet Kaya söhbətinin yenidən ortaya atılmasından narahat olduğunu yazıb. O Rəcəb Tayyib Ərdoğanın "Gəzi olaylarında kimlər bizə qarşı üsyan etdi? Ahmet Kayaya qarşı təpki göstərənlərin hamısı həmin gün meydandaydı. İndi biri bunu inkar edib deyir ki, mən ayaqyolundaydım, ya nə bilim xaricdəydim" sözlərinə münasibət bildirib: "Gəzi olaylarına qatılmadım. Ahmet Kayaya da heç bir təpki göstərmədim. Bu söhbətlər nə qədər davam edəcək? Pərəstişkarlarım məndən yeni albom gözləyərkən, bu cür söz-söhbətlərdən vaxt tapıb işimi görə bilmirəm". "OLAYLAR" İA.