“Muhteşem yüzyıl”ın Sultanı 10 dəqiqəyə boşandı

Mihrimah Sultan obrazını canlandıran aktrisa idman müəllimi ilə evliliyinə son qoyub

Türkiyədə yetərincə izləyicisi olan "Muhteşem yüzyıl" serialında Mihrimah Sultan obrazını canlandıran gənc aktrisa Pelin Karahan boşanıb. İki il bundan öncə Barselonada idman müəllimi Erdinç Bekiroğlu ilə evlilik həyatına son qoyub.
İki tərəfli razılıq ilə məhkəməyə müraciət edən cütlük aralarında heç bir maddi mənəvi təzminat söhbətinin olmayacağını bildirib. Pelin ayrılıqlarına səbəb olaraq keçmiş həyat yoldaşı ilə aralarında xasiyyət tutuşmaması və anlaşmanın olmadığını bildirib. Tərəflər İstanbul Ədliyyəsində baş tutan boşanma məhkəməsinin mətbuata qapalı keçirilməsini istəyiblər. Media nümayəndələri çölə çıxdıqdan sonra isə onlar cəmi 10 dəqiqə ərzində prosesi yekunlaşdıraraq rəsmən boşanıblar.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31