Bakıda Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyi keçiriləcək

2-7 dekabr 2013-cü il tarixində Bakıda Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunmasi üzrə Konvensiyanın 10 illik yubileyi keçiriləcək.Hökumətlərarası Komitənin bu dəfəki sessiyasına beynəlxalq ictimaiyyət, media və iştirakçıların daha böyük həvəs və marağı hiss olunur. Bu il Bakı ev sahibi olaraq Konvensiyanın beynəlxalq səviyyədə keçirilməsinə cavabdehlik daşıyır. Sessiya öz işinə 2 dekabr tarixində başlayır və onun gündəliyində duran əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu yer alıb. 
Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyəti və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. 
Qeyd edək ki, Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində, beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub, belə ki beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətləri haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb. Bu münasibətlə beynəlxalq konfrans isə 14-16 iyun 2013-cü il tarixində Çinin Çenqdu şəhərində keçirilib.
Tədbirlər yekunlaşdırıldıqdan sonra dekabrın 8-də qonaqlara Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, İçəri Şəhər və Bakının görməli yerlərinə səyahət planlaşdırılıb. 
YUNESKO-nun Beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması eyni zamanda ölkəmizin mədəniyyət və turizm imkanlarının təbliğ olunması və ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədi. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31