Emin və Eldar Qasımov yol qəzalarına qarşı layihəyə qoşulub
20 Noyabr 2013 12:45 MədəniyyətSəhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "Addım Yaradıcı Gənclər assosiyasiyası" birgə layihə gerçəkləşdirir. Bu barədə "OLAYLAR" az-a layihənin rəhbəri Hüseyn Cavadzadə məlumat verib. Yol qəzaları qurbanlarının anım gününə hazırlanan layihə çərçivəsində ticarət mərkəzlərindən birində xüsusi tədbir hazırlanır. Qeyd edək ki, layihənin siması Eldar Qasımovdu. Layihə çərçivəsində Eminin məxsusi olaraq Eldar üçün bəstələdiyi "İn your head " mahnısına yol təhlükəsizliyi mövzusunda musiqi videosu çəkilib. Sözügedən videonun da ilk dəfə media nümayəndələri və ictimaiyyətə 21 noyabrda təqdim olunması nəzərdə tutulub. Qeyd edək ki, klipin rejissoru Farhad Alidir. Bundan başqa tədbir zamanı "Addım"ın və ""İSİM"in üzvlərindən ibarət könüllülərin iştirakı ilə sosial aksiyalar, şəhərin mərkəzində avtomobillərə stikerlər broşurların paylanması və s. maraqlı aksiyalar nəzərdə tutulub. "OLAYLAR" İA.